Sumqayıt poliqonunda istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsulları məhv edilib. Bu haqda 4 aprel tarixində Sumqayıt24 AQTA-ya istinadən xəbər verir.
Utilizasiya prosesi “EkoSum” MMC-nin poliqonunda həyata keçirilib. “Qurman Plyus” MMC-yə məxsus 15 ton müxtəlif növ ət və süd məhsulu, “Sun Food" MMC-yə məxsus ümumi çəkisi 22 ton müxtəlif növ qida məhsulu məhv edilib.