Sumqayıtda küçədə kişi meyiti tapılıb.
Report.az xəbər verir ki, hadisə 3-cü mikrorayonda qeydə alınıb. Belə ki, Bakı küçəsində aşkarlanan meyitin 39 yaşlı Nurəddin Mirzəyevə məxsus olduğu müəyyən edilib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Ölümün səbəbi araşdırılır.