top
“4 milyon manatı haradan əldə ediblər?” - Elariz kürəkəninin həbsindən danışdı
12 yanvar 2025, 23:39
- +

“4 milyon manatı haradan əldə ediblər?” - Elariz kürəkəninin həbsindən danışdı

Üç sahibkarın 4 milyon manatını ələ keçirmə ittihamı ilə həbs edilən birjaçının müğənni Elariz Məmmədoğlunun kürəkəni olması barədə məlumat vermişdik.

Uzun müddətdir Amerikada yaşayan müğənni Globalinfo.az-a açıqlamasında kürəkəni Nizami Alışanın həbsinə münasibət bildirib:

“Çox qəribədir, niyə soruşmurlar ki, Babək Məmmədzadə, Zeynal Usubov, Yadigar İsrafilov bu qədər pulu haradan əldə ediblər? Şər və böhtan atmaq asan bir işdir indiki vaxtda. Heç kim vicdan əzabı çəkmir. Mən Elariz Məmmədoğlu neçə ildir məşhur müğənni statusundayam, amma bu qədər vəsaiti təsəvvür edə bilmirəm”.

Müğənni iddia edir ki, cinayət barəsində də ilk dəfə indi xəbərdar olub:

“Bilmirəm, mən yaradıcı insan, incəsənət adamı olduğum üçün belə şeyləri məndən gizlədirlər. Yalnız sizdən öyrəndim”.

Qeyd edək ki, cinayətin üstünü Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi açıb.

İttihama görə, Nizami üç zərərçəkmişə valyuta alqı-satqısı ilə yaxşı gəlir vədi verib onların 4 milyon manatdan çox pulunu ələ keçirib.

Zərərçəkmişlər “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə, Nərimanov Rayon Prokurorunun sabiq müavini Zeynal Usubov və başqa sahibkar Yadigar İsrafilovdur.

Nizami özü isə AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun bir neçə il əvvəl vəfat edən atası isə polkovnik Akif Alışanovdur. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:15

Adı dünyanın 7 nüfuzlu universitetinin qəbul siyahısında olan sumqayıtlının uğur hekayəsi

Bütün xəbərlər
Dünən, 17:47

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Bütün xəbərlər
Dünən, 17:15

Kanalizasiya problemi, dözülməz şərait, çarəsiz Sumqayıt sakinləri

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıtda "ağıllı su şəbəkələri" tətbiq olunacaq

Bütün xəbərlər
Dünən, 16:15

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
Dünən, 15:45

"İnandır və qalib gəl" – Sumqayıtlı gənclər üçün yeni yarış

İdman
Dünən, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
Dünən, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Bütün xəbərlər
Dünən, 13:15

SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda avtobus sürücüsündən qeyri-peşəkar davranış - VİDEO

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda hündürlükdən yıxılan fəhlə öldü

Bütün xəbərlər
Dünən, 11:46

Sumqayıtda pensiyalar ödənildi

İdman
Dünən, 11:43

UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?

İdman
Dünən, 11:13

Sumqayıtlı Avropa çempionu azarkeşlərlə görüşəcək

Bütün xəbərlər
Dünən, 10:43

Azərbaycanda doğulan uşaqların sayı azalıb

Bütün xəbərlər
Dünən, 10:13

"Sumqayıt" serbiyalı legionerini "Turan Tovuz"a satdı

Bütün xəbərlər
Dünən, 09:43

19 yaşında Murovdağ döyüşlərində şəhid olan Cəbrayılın doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:09

Elektrik kəsintisi olacaq ərazilər AÇIQLANDI

Bütün xəbərlər
10 sentyabr 2026, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
10 sentyabr 2026, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
10 sentyabr 2026, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
10 sentyabr 2026, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Oxşar xəbərlər