top
“40-45 yaşlı aktrisalar cavan qız obrazını canlandırırlar” – Əməkdar artist İzaməddin Bağırovla ÖZƏL MÜSAHİBƏ
19 fevral 2025, 06:02
- ↺ +

“40-45 yaşlı aktrisalar cavan qız obrazını canlandırırlar” – Əməkdar artist İzaməddin Bağırovla ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aktyorlar müxtəlif rollarda fərqli xarakterləri canlandıraraq, hekayənin hislərini, emosiyalarını və məna dərinliklərini ifadə edirlər. Aktyorluq həmçinin, təcrübə, yaradıcılıq, mükəmməl bədən dili və səs istifadə bacarığı tələb edən bir sənət növüdür. Bu sahədə uğurlu olmaq üçün həm fiziki, həm də zehni hazırlıq vacibdir.

Sumqayit24.az-ın bugünkü müsahibi Azərbaycan Respublikasının əməkdar artisti, Sumqayıt Dram Teatrının aktyoru İzaməddin Bağırovdur.

Onunla müsahibəni təqdim edirik:

- İzaməddin bəy, aktyorluq yolunda ilk addımlarınızı necə atdınız və sizi bu sahəyə çəkən səbəblər hansılardır?

- Uşaqlıqdan incəsənətə marağım olduğu üçün Şahbuz rayonunda yerləşən Mədəniyyət Evinə tez-tez gedirdim. Daha sonra məktəbdə keçirilən tədbirlərdə bədii qiraət, xalq mahnıları oxumaqla iştirak edirdim. Naxçıvan Teatrının səhnəsində böyüdüm. 1980-cı illərdə Bakıya gələndən sonra incəsənət sahəsində təhsil almağa qərar verdim.

- Ailənizdə sizinlə eyni sahədə olan varmı?

- Xeyr. Bizim ailədə hamı müəllim olub. Sadəcə atam hər zaman məktəbdə oxuduğu illərdə dram dərnəyinin üzvü olmağından danışardı. Deyirdi ki, Məmməd Araz, Firudin Hüseynov kimi dahi şəxslər müəllimlik etdikləri dövrdə məktəbin 10-cı sinif şagirdlərini yığıb, dram dərnəyi yaradıblar. Belə söhbətləri dinlədikcə marağım yaranırdı. Avazım yaxşı olduğu üçün bir müddət mahnı oxudum, şeir dedim. Sadəcə musiqidən daha çox incəsənətə, rejissorluğa marağım vardı. Ona görə bu sahəyə yönəldim.

- Sizin üçün ən yaddaqalan və ən böyük uğur saydığınız layihə hansıdır?

- “Ölülər”də Kefli İsgəndər, “Aydın”da Aydın obrazını, “Dədə Qorqud”da Qazan xan obrazını canlandırmışam. Bütün canlandırdığım obrazlara eyni cür yanaşmışam. Lakin tanışlardan, tamaşaçılardan eşitdiyimə görə Aydın və Kefli İsgəndər obrazları daha çox uğurlu olub.

- Karyeranızın ən çətin anı hansı olub?

- Tam səmimi deyim ki, karyeramın ən çətin dövrü indidir. 6-cı onluğu tamamlayan yaşdayam. Hazırda yaradıcılıq böhranı keçirirəm. Teatrlara əvvəlki maraq, tamaşaçı yoxdur. Teatrlarda barmaqla sayılacaq rejissorlar var. O dövrdəki peşəkar rejissorlar yetişmir, müxtəlif istiqamətdən baxanlar yoxdur.

- Azərbaycan teatrında son dövrlər hansı inkişafları müşahidə edirsiniz? Ümumiyyətlə, teatr sahəsində vəziyyət necədir?

- Yaxın vaxtlarda teatr sahəsində qeyri-adi inkişaf mərhələsi görmürəm. Bunu tam səmimi deyirəm ki, teatr sahəsində inkişaf yoxdur. Nə qədər möhtəşəm əsər yaratsan da, köhnə metodlardan istifadə edilir. Nəsə yenilik etmək lazımdır. Yoxsa 60 il əvvəl Tofiq Kazımovun qoyduğu son model üzrə teatr inkişaf etməz.

Azərbaycan teatrında yeni rejissor, yeni nəfəs yoxdur. Düzdür, bir neçə istedadlı rejissorumuz var. Amma yeni teatr yaradan rejissor nəsli görmürəm. Baxmayaraq ki, çox gözəl aktyor nəsli yetişir.

- Bəs yeni kinolarımız barədə nə düşünürsünüz?

- Heç bir sosial şəbəkədən istifadə etmirəm. Mədəniyyət xəbərlərini yalnız televiziyadan öyrənirəm. Görürəm ki, kino sahəsində canlanma var. Yeni, peşəkar aktyor və aktrisalarımız gəlir.

- İzaməddin bəy, sizcə teatrın problemi nədir?

- Bilirsiniz, Fidan xanım, problem çoxdur. Amma ən əsas məsələ odur ki, yeni nəslin təcrübə toplaması üçün teatrlarda yer yoxdur. Bu sahənin təhsilini alan şəxslərdən 1-2 nəfəri səhnədə görürəm.

Məsələn, Sumqayıt Dram Teatrında ən lazımlı aktyor belə 65 yaşı tamamladıqda səhnə ilə vidalaşır. Amma Bakı teatrlarında belə deyil. 80 yaşı olan aktyor səhnədə obraz canlandırır. Əslində teatr qanununa görə, 60 nəfər aktyor varsa, onlar heç olmasa 3 nəsil üzrə bölünməlidir. Bir teatrda ki, 22-35 yaş aralığında aktyor yoxdur, bütün rolları 40-45 yaşındakı aktrisalar oynayır, daha deyiləcək söz yoxdur.

- Sizin üçün aktyor olmaq nə deməkdir?

- Aktyor təkcə peşə deyil, həyat tərzidir. Əgər bir insan aktyorluğu seçibsə, onunla yaşamalıdır. Hər sənətdə rejim var. Amma aktyorun rejimi yoxdur.

- Ailə üzvlərinizdən kiminsə bu sahədə olmağını istəyərdiniz?

- Mənim ailə üzvlərim də incəsənətlə bağlı insanlardır. Həyat yoldaşım Respublikanın Əməkdar aktrisasıdır, iki qızımdan biri aktyorluğu, digər qızım teatr rəssamlığını bitirib.

 

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:41

Xəzərin dayazlaşmasına qarşı hansı tədbirlər görüləcək?

Bütün xəbərlər
Bu gün, 14:07

Sumqayıtın bu məktəbində qız şagirdlərə şalvar geyinmək qadağan edilib? - İDDİA

Bütün xəbərlər
Bu gün, 13:30

"Qurd dərəsi"ndə yağış sakinlər üçün əsl sınağa çevrilir

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtda pensiyalar bu tarixdə ödəniləcək

Bütün xəbərlər
Bu gün, 12:25

Sumqayıtda Zəfər Günündə konsert keçiriləcək?

Bütün xəbərlər
Bu gün, 11:31

Azərbaycanda dəfn pulu artırılır - YENİ MƏBLƏĞLƏR

Bütün xəbərlər
Bu gün, 11:11

Uşağın doğulmasına 1500 manat veriləcək

Kriminal
Bu gün, 10:50

3 uşaq anasını öldürən kənd mollasına Sumqayıt məhkəməsindən AĞIR CƏZA

Bütün xəbərlər
Bu gün, 10:15

Polis dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət etdi

İdman
Bu gün, 09:45

UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq"lə qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 09:10

Sumqayıtda ağır qəza - şahid danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 39-cu günü: XRONİKA

İdman
Dünən, 18:51

Sumqayıtlı karateçi Avropa çempionu oldu

Bütün xəbərlər
Dünən, 18:35

STM-in direktor əvəzi: "Xilas etdiyimi əsgərin şəhid olması xəbərini eşitmək çox ağırdır"

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıt məktəblilərindən olimpiadada yüksək nəticə

Bütün xəbərlər
Dünən, 17:58

Novxanılı milyonçu kabinetə müğənni çağırdı, oriental rəqs tələb etdi - TƏFƏRRÜAT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtın sərnişin avtobusunda tüstülənmə - İDDİA

Bütün xəbərlər
Dünən, 17:39

Sumqayıtdakı kanalizasiya problemi ilə bağlı açıqlama

Bütün xəbərlər
Dünən, 17:20

Sumqayıtda yeni uşaq bağçası açılır – qəbul başladı

Bütün xəbərlər
Dünən, 16:56

Sumqayıtda daşan su kanalında problem həll edildi

Bütün xəbərlər
Dünən, 16:51

Rüfət Nasosnu "od püskürdü": "Bu özbaşınalığa son qoyulsun"

İdman
Dünən, 16:15

Sumqayıtdan Avropa zirvəsinə yüksələn pəhləvan – Murad Məmmədov

Bütün xəbərlər
Dünən, 15:40

Telefonlar da POS-terminal statusu alacaq

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda sabah 23 dərəcə isti olacaq

Oxşar xəbərlər