Sumqayıtda "Məktəbəqədər Təhsilin müasir problemləri və qarşıda duran məsələlər mövzusunda" dəyirmi masa keçirilib. Sumqayıt24 bu haqda 29 aprel tarixində xəbər verir.
Tədbir Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 60 nömrəli Körpələr Evi - Uşaq Bağçasında təşkil olunub. Dəyirmi masada "məktəbəqədər təhsilin müasir problemləri"nin müzakirəsi aparılıb.