Sumqayıtda ahıl kişi intihar edib. Sumqayıt24 bu haqda 9 may tarixində Lent.az-a istinadən xəbər verir.
Hadisə dünən H.Z. Tağıyev qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 68 yaşlı Aslan Aslanov yaşadığı evin həyətində özünü asıb. İntiharın səbəbləri hələlik bilinmir.
Şəhər Prokurorluğunda araşdırma aparılır.