7 yaşlı uşağın boynunun qırıldığı anın görüntüləri yayılıb. Sumqayıt24 bu haqda 2 may tarixində xəbər verir.
Hadisənin təsadüf nəticəsində baş verdiyi deyilsə də, görüntülər tamam başqa bir fikir forma laşdırır. Açıq-aşkar aydın olur ki, Mehman Xəlilov təkcə Fərid Bakarova deyil, digər azyaşlı uşaqlara qarşı da xüsusi qəddarlıqla davranır, onları saçından, başından, qulağından tutaraq havaya qaldırır, təpiklə zərbə vurur.
Məşqçisi Fəridi qulağından tutaraq havaya qaldırıb, daha sonra onun boynuna fənd işlədib və uşaq bundan sonra yerə yıxılıb. Uşağın narahatlığına baxmayaraq, məqşçi onu yerdə təpikləyib. Bundan sonra azyaşlı uşaq Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.
[video width="1920" height="1080" mp4="https://sumqayit24.az/storage/photos/2023/05/11.mp4"][/video]