Sumqayıtda qadın canına qəsd edib. Sumqayıt24 bu barədə 22 sentyabr tarixində Qafqazinfo.az-a istinadən xəbər verir.
Hadisə ötən gecə “Yaşıl dərə” yaşayış massivində baş verib. Şəhər sakini Raya Qarayeva kimyəvi maddə içdiyi üçün xəstəxanaya çatdırılıb. Lakin onun artıq dünyasını dəyişdiyi məlum olub. Ən dəhşətlisi isə odur ki, qadın 8 aylıq hamilə idi. İnitharın səbəbləri hələlik müəmmalı qalır.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.