Sumqayıtda ahıl qadın ikinci mərtəbədən yıxılıb. Sumqayıt24 bu barədə 16 sentyabr tarixində Xeberle.com-a istinadən məlumat verir.
Hadisə şəhərin 41-ci məhəlləsində yerləşən 1 saylı yataqxanada baş verib. 80 yaşlı qadın binanın ikinci mərtəbəsindən yıxılıb. O, komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.