Sumqayıtda sürücü yol hərəkəti qaydasını pozub. Bu haqda 18 aprel tarixində Sumqayıt24 Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə bu gün, Babək küçəsində baş verib. Dayanma-durma qaydasını pozan 50-AA-716 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü yolda hərəkəti çətinləşdirib. Sürücü maşını nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqda park edərək ərazidən uzaqlaşıb.