Abşeron-Xızı Regional Təhsil İdarəsində yeni təyinat baş tutub. Bu haqda 6 fevral tarixində Sumqayıt24 sözügedən idarəyə istinadən məlumat verir.
Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov əmr imzalayıb. Əmrə əsasən, Aydın Rəhimov AXRTİ-nin müdir müavini vəzifəsinə təyin edilib.
A. Rəhimov daha əvvəl Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsində çalışıb.