top
Adları tarixə yazılan igidlərimizin doğum günüdür
04 may 2026, 16:38
- +

Adları tarixə yazılan igidlərimizin doğum günüdür

Bu gün Sumqayıtdan və Saraydan olan şəhidlərimizin doğum günüdür.

Şamilov Fərid Mirzə oğlu 4 may 1999-cı ildə Sumqayıt şəhərində zəhmətkeş bir ailədə dünyaya gəlib.

2005-2016-cı illərdə Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə təhsil alıb.

2020-ci ildə könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinə ərizə ilə müraciət edib. Sentyabrın 27-də cəbhə bölgəsinə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Şuşa, Laçın rayonları uğrunda gedən döyüşlərdə igidlik göstərərək vətənə layiqincə xidmət edib.

2020-ci il noyabrın 8-dən 9-na keçən gecə Fərid Şamilovun Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində son döyüşü olub. Ağır döyüşdə minamyot atəşi Fəridi yaralayıb və o, şəhidlik zirvəsinə ucalıb. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.  

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra Fərid Şamilov "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Bu gün həmçinin şəhid İbadov Rauf Məhərrəm oğlunun da doğum günüdür.  

O, 4 may 1996-cı ildə Saray qəsəbəsində anadan olub. 2002-2013-cü illərdə 2 saylı orta məktəbdə təhsil alıb. 2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat Texnologiya fakültəsində təhsilini davam etdirib.

2020-ci il sentyabr ayın 21-dən cəbhəyə yollanıb. Müharibə başladığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində göstərdiyi şücaətinə görə, Rauf manqa komandiri təyin olunub. 23 oktyabr tarixində Laçın Dəhlizi ərazisində mühasirəyə düşdükləri zaman əlbəyaxa döyüşlə bir neçə düşməni məhv edib və qəhrəmancasına şəhid olub.

30 oktyabr 2020-ci il tarixində Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra İbadov Rauf "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzilinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Son xəbərlər

İdman
Dünən, 19:00

"Sumqayıt" heyətini Rüstəm Əliyevlə gücləndirdi

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda içməli su israf olunur - İDDİA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt sakinləri nədən narazıdır - PROBLEMLƏR BİTMİR

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

Bütün xəbərlər
Dünən, 17:09

2027-ci ildə Həcc ziyarəti 6100 dollara başa gələcək

İdman
Dünən, 16:45

"Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb

Bütün xəbərlər
Dünən, 16:15

Azərbaycanda bu məhsulların idxal gömrük rüsumu 20 dəfə artırılıb

Bütün xəbərlər
Dünən, 15:45

Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü

Bütün xəbərlər
Dünən, 15:05

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıtın deputatları qəbul keçirəcəklər - CƏDVƏL

Bütün xəbərlər
Dünən, 14:27

Sumqayıtda liftlərə rəqəmsal nəzarət: sistem necə işləyir?

Bütün xəbərlər
Dünən, 13:38

Bakı–Sumqayıt yolundakı faciəvi qəza: DYP-dən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:34

İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salınıb

Bütün xəbərlər
Dünən, 12:01

Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

Bütün xəbərlər
Dünən, 11:39

İham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Bütün xəbərlər
Dünən, 10:42

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Bütün xəbərlər
Dünən, 10:15

"Avtovağzal" metrosunda ödənişsiz giriş - SON VƏZİYYƏT

Bütün xəbərlər
Dünən, 09:51

DYP piyadalara müraciət etdi

Bütün xəbərlər
Dünən, 09:30

"Adamın ağlamağı gəlir": sumqayıtlıların bitmək bilməyən problemləri

Bütün xəbərlər
22 sentyabr 2026, 18:40

Gündəlik qəza təhlükəsi ilə üzləşən saraylılardan təklif

Bütün xəbərlər
22 sentyabr 2026, 18:15

Sumqayıtda gecə saatlarında tikinti: deputatdan SƏRT İRAD

İdman
22 sentyabr 2026, 17:50

"Sumqayıt" basketbol klubu bu oyunçusu ilə müqavilənin müddətini uzadıb

İdman
22 sentyabr 2026, 17:15

"Sumqayıt" basketbol klubunun məşqçilər korpusu bəlli olub

Bütün xəbərlər
22 sentyabr 2026, 16:40

500, 503 və 508 nömrəli avtobuslar üçün YENİ DAYANACAQ

Oxşar xəbərlər