Sumqayıtda və digər bölgələrdə 900 ədəd ağac və kol qanunsuz kəsilib. Sumqayıt24 bu haqda 6 aprel tarixində Baş Prokurorluğa istinadən xəbər verir.
Cinayət təqibindən kənar icraatlar idarəsində faktlarla bağlı araşdırma aparılıb. Sumqayıt, Bakı (Səbail rayonu), Ağsu və Samuxda yaşıllığın qanunsuz kəsilməsi nəticəsində təbiətə 94 min manatdan çox ziyan vurulub.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işləri başlanılıb və istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.