top
Akif Çovdarovun Saraydakı torpaqları müsadirə edilə bilər
11 aprel 2023, 05:05
- ↺ +

Akif Çovdarovun Saraydakı torpaqları müsadirə edilə bilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Akif Çovdarovun Saray qəsəbəsindəki əmlaklarının müsadirəsi istənilir. Sumqayıt24 bu haqda 11 aprel tarixində Apa.az-a istinadən xəbər verir.

Bakıda “8-ci kilometr bazarı” kimi tanınan ticarət mərkəzinin müsadirədən azad olunması ilə bağlı qərardan verilmiş kassasiya şikayəti üzrə məhkəmə təxirə salınıb. Səbəb isə eyni qərardan bir neçə gün əvvəl protest verilməsidir. Şikayət və protestə bir yerdə baxılacaq.

Prosesin qeyri-müəyyən vaxta təxirə salındığı bildirilir.

Prokuror ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun yaxınlarına qaytarılmış əmlakların 13 milyon 342 min manatlıq hissəsinin yenidən müsadirə edilməsini istəyir.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Akif Çovdarovun bazar dəyəri 26 milyon manata yaxın qiymətləndirilən 17 əmlakı müsadirədən azad olunub. Prokuror onlardan 11 əmlaka münasibətdə narazı qalıb. Həmin əmlakların 13 milyon 342 min manatlıq hissəsinin müsadirədən azad olunması ilə bağlı qərar ləğv edilərək, yeni baxışa təyin olunması istənilir.

Müsadirəsi istənilən əmlakların arasında Sarayda yerləşən torpaq sahələri də var:


  1. Saray qəsəbəsində torpaq sahəsi - bazar dəyəri 60 min manat;

  2. Saray qəsəbəsində torpaq sahəsi - bazar dəyəri 203 min manat;

  3. Saray qəsəbəsində torpaq sahəsi - bazar dəyəri 59 min 500 manat;


Xatırladaq ki, Akif Çovdarov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv Sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
Bu gün, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Bu gün, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Bu gün, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Bu gün, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Bu gün, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Bu gün, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Bu gün, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
Dünən, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
07 noyabr 2026, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
07 noyabr 2026, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
07 noyabr 2026, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Oxşar xəbərlər