Sumqayıtda aktyorluq fəaliyyətinə başlamış Rəzzaq Məmmədov vəfat edib. Bu haqda 3 may tarixində Sumqayıt24 Sumqayit.tv-yə istinadən xəbər verir.
Qocaman aktyor uzun sürən xəstəlikdən sonra 74 yaşında dünyasını dəyişib.
Rəzzaq Qüdrət oğlu Məmmədov Lənkəran rayonunun Liman qəsəbəsində anadan olub. Orta təhsilini bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. Uzun müddət Azərbaycan Gənc Tamaşaçılar Teatrında aktyor işlədikdən sonra təqaüdə çıxıb. Sənətçi "Altı nömrəli palata”, “Anamın kitabı”, “Bala-başa bəla!”, “Ömürdən uzun gecə”, ”Fatehlərin divanı” kimi teletamaşalarda rol oynayıb.
Allah rəhmət eləsin.