"Al Market"də nöqsanlar aşkarlandı.
Pravda.az xəbər verir ki, MMC-yə yazılan inzibati protokola Sumqayıt Şəhər Məhkəməsinin hakimi Samir İsmayılovun sədrliyi ilə sentyabrın 11-də baxılacaq.
Qeyd edək ki, protokol Fövqəladə Hallar Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 20-30 manat məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 100-150 manat məbləğdə, hüquqi şəxslər 350-500 manat məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.