Sumqayıtda “Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib. Sumqayıt24 bu barədə 26 sentyabr tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Müsabiqə 11 nömrəli məktəbdə baş tutub. Burada İdarənin tabeliyində olan məktəblərin ümumilikdə 90 şagirdi iştirak edib. Ən yüksək nəticə göstərən məktəblilər “Əlaçı” televiziya layihəsinin 15-ci mövsümünün çəkilişlərində iştirak edə biləcəklər.