Sumqayıtda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vətəndaşları qəbul edib. Sumqayıt24 bu barədə 29 sentyabr tarixində nazirliyə istinadən xəbər verir.
Görüş zamanı Anar Əliyev sakinlərin müraciətlərini cavablandırıb. Müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub. A.Əliyev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.