Qida təhlükəsizliyi müfəttişləri Sumqayıtda fəaliyyət göstərən ticarət obyektlərində monitorinq keçirib. Bu haqda 18 aprel tarixində Sumqayıt24 AQTA-ya istinadən xəbər verir.
Yoxlama zamanı şəhərin Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi 22D ünvanında yerləşən "Elmar" marketdə baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu və Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı nöqsanlar tapılıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.