Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıtda fəaliyyət göstərən ictimai iaşə müəssisələrində monitorinq keçiriblər. Bu barədə 21 sentyabr tarixində agentliyə istinadən xəbər veririk.
Yoxlama zamanı şəhərin 47-ci məhəlləsində yerləşən “Jasmin” kafesində nöqsanlar müəyyən olunub. Sözügedən müəssisədə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkarlanıb. Bununla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.