Sumqayıt şəhərində aparılan monitorinq zamanı bir kafedə nöqsanlar aşkar edilib. Bu haqda bu gün, 3 mart tarixində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xəbər verib.
Agentlik tərəfindən keçirilən reyd zamanı 47-ci məhəllədə yerləşən kafedə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Faktla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.