Bakı-Sumqayıt yolunda qaydaları kobud şəkildə pozan taksi sürücüsü qəza törədib.
Hadisə Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb. Belə ki, manevr və ötmə qaydasını pozan "BYD" markalı avtomobilin sürücüsü yüksək sürətlə maşınların arası ilə hərəkət etməyə başlayıb. Daha sonra qarşısında asta gedən nəqliyyat vasitələrinin olduğunu görərək qəfildən sağ zolağa yerdəyişmə edib. Bu zaman həmin zolaqla hərəkət edən digər "BYD" markalı avtomobilə çırpılıb və sonra idarəetməni itirərək sol zolaqdakı avtomobilə dəyərək zəncirvari qəzaya səbəb olub.
Mənbə: Avtosfer.аz