Sumqayıtda zəncirvari qəza baş verib.
Hadisə Çekrassı küçəsində qeydə alınıb. Məlumata görə, idarəetmədən çıxan "Mercedes" markalı minik avtomobili yolun kənarında dayanan digər iki eyni markalı maşına və "Hyundai"a çırpılıb.
Nəticədə hər dörd avtomobilə ziyan dəyib. Qəzanın səbəbləri araşdırılır.
Mənbə: Şəmistan Fikrətli