top
Azərbaycanda 47 min iş yeri açılacaq
Bu gün, 17:57
- ↺ +

Azərbaycanda 47 min iş yeri açılacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC təqribən 4 300 layihəyə 223 milyon manat güzəştli kredit ayırıb".

Bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.

Bundan başqa, o xatırladıb ki, sentyabrın 1-nə qədər Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviq sənədi verilib: 

"Həmin layihələr üzrə 9.3 milyard manat investisiya və təxminən 47 min iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda 17 strateji istiqaməti əhatə edən bu mexanizmin müddəti 2029-cu ilə qədər uzadılıb".

Nazir müavini əlavə edib ki, bu istiqamətdə nəticələrin düzgün qiymətləndirilməsi vacibdir: 

"Təşviq sənədinin verilməsi layihənin həyata keçirilməsinə imkan yaradır. Sonrakı mərhələdə həmin investisiyaların reallaşması, müəssisənin fəaliyyətə başlaması və nəzərdə tutulan iş yerlərinin açılması bu mənada diqqətdə saxlanılmalıdır. Eyni yanaşma iri investisiya razılaşmalarına da aiddir".

Bundan başqa, onun sözlərinə görə, Azərbaycanda infrastrukturun yenilənməsi, investisiyanın geri qayıtması və istifadəçilərin maraqları kompleks şəkildə nəzərə alınmalıdır: 

"İnfrastruktur xidmətlərinin qiyməti, keyfiyyəti, etibarlılığı istehsal müəssisələrinin gündəlik fəaliyyətinə təsir edir: "Sahibkar öz müəssisəsində müasir avadanlıq qura, idarəetməni yaxşılaşdıra bilər, lakin istifadə etdiyi enerji, su, nəqliyyat, rabitə xidmətlərinin keyfiyyəti onun rəqabət qabiliyyətini müəyyən edir. Bu mənada bu sahələrdə infrastrukturun yenilənməsi, investisiyanın geri qayıtması və istifadəçilərin maraqları kompleks şəkildə nəzərə alınmalıdır. Qoşulma şərtlərinin, xidmət standartlarının və müraciətlərə baxılma müddətlərinin aydın olması bu mənada biznes üçün xüsusi əhəmiyyət daşıyır".

Nazir müavini qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı infrastrukturun inkişafına əlavə imkanlar yaradır: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzrə müqavilənin imzalanması bu istiqamətdə mühüm addımdır. Nazirlər Kabineti 2026-2027-ci illər üzrə ümumilikdə 9 layihə təsdiqləyib. Belə layihələrdə rəqabətli seçim, risklərin düzgün bölüşdürülməsi, müqavilə öhdəliklərinin dəqiq müəyyənləşdirilməsi uzunmüddətli nəticəyə təsir edir. Seçim zamanı əldə edilən üstünlük sonradan keyfiyyətli xidmətə və dövlət vəsaitindən səmərəli istifadəyə çevrilməlidir".

Mənbə: Report.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:12

"Mercedes" parklanmış üç avtomobilə çırpılıb

Bütün xəbərlər
Bu gün, 16:38

FHN Sumqayıt Regional Mərkəzində "açıq qapı günü" keçirilib

Bütün xəbərlər
Bu gün, 16:00

Bakı-Sumqayıt yolunda evakuatorun daşıdığı texnika körpüyə ilişdi

Bütün xəbərlər
Bu gün, 15:23

"Nəsimi" parkında "it ovçuları" peyda olub? - FOTO

Bütün xəbərlər
Bu gün, 14:50

Sumqayıtın ən çox şəkil çəkilən yerlərindən biri - Bayraq Meydanı

Bütün xəbərlər
Bu gün, 14:13

Sumqayıtda hava daha da isinəcək

İdman
Bu gün, 13:38

46 yaşlı sumqayıtlı futbolçu meydanlara qayıdır

Bütün xəbərlər
Bu gün, 13:02

Sumqayıtda binanın zirzəmisini kanalizasiya suları basıb

Bütün xəbərlər
Bu gün, 11:52

Sumqayıtda pensiyalar ödənilib

Bütün xəbərlər
Bu gün, 11:48

Sumqayıtda avtobuslar yol kəsişməsini dayanacağa "çevirib"

Bütün xəbərlər
Bu gün, 11:12

Azərbaycanda axtarışda olan 48 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 10:38

"Instagram" və "TikTok"a girişlə bağlı problem aradan qalxıb

Kriminal
Bu gün, 10:20

Novxanıda cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

İdman
Bu gün, 09:47

UEFA reytinqi: Azərbaycan "Sabah"ın qələbəsi sayəsində irəliləyib

Bütün xəbərlər
Bu gün, 09:10

Sumqayıtda uşaq poliklinikasında dava

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 18-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda 300 min doğuşdan birində rast gəlinən hal

Bütün xəbərlər
Dünən, 17:20

Sumqayıtın mərkəzində yaranan "zibil dağı"

Bütün xəbərlər
Dünən, 16:45

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin NƏZƏRİNƏ

İdman
Dünən, 16:09

"Sumqayıt"ı növbəti sınaq gözləyir - GİRİŞ BİLETSİZDİR

Bütün xəbərlər
Dünən, 15:29

Zakir Fərəcov veteran futbolçu ilə görüşüb

Bütün xəbərlər
Dünən, 14:50

Sumqayıtda sakinlər öz həyətlərində yer tapa bilmirlər…

Bütün xəbərlər
Dünən, 14:13

Sumqayıtın hava proqnozu - İSTİ və DUMAN

Oxşar xəbərlər