top
FHN Sumqayıt Regional Mərkəzində açıq qapı günü keçirilib
Bu gün, 16:38
- ↺ +

FHN Sumqayıt Regional Mərkəzində "açıq qapı günü" keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində gənclərin iştirakı ilə "Beynəlxalq Fəlakət Riskinin Azaldılması Günü" ilə əlaqədar "açıq qapı günü" keçirilib.

Sumqayit24.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə gənclərə müvafiq biliklərin aşılanması olub.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin və FHN-in regionda fəaliyyət göstərən digər qurumlarının, Gənclər və İdman Nazirliyi Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, Sumqayıt Dövlət Universitetinin, Bakı Mühəndislik Universitetinin və Xidmət sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin nümayəndələri, şəhərdə fəaliyyət göstərən idarə və təşkilatların gənc mütəxəssisləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov çıxış edərək dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğının əhəmiyyətindən bəhs edib, onların vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar. Natiqlər, həmçinin gənclərin fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı zəruri bilik və bacarıqlara yiyələnməsinin vacibliyini vurğulayıblar. Tədbirin nəzəri hissəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri barədə məlumat verilib, zəruri davranış qaydaları izah olunub.

"Açıq qapı günü"ndə gənclərə FHN-in Sumqayıt Regional Mərkəzinin və digər yerli qurumlarının xüsusi texnika və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, suallar cavablandırılıb. Tədbir çərçivəsində, həmçinin gənclər üçün viktorina təşkil edilib, qaliblərə fəxri fərmanlar təqdim olunub. Tədbir iştirakçıları Regional Mərkəzdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi, eləcə də uşaqların əl işlərindən ibarət sərgi ilə də tanış olublar.



Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:57

Azərbaycanda 47 min iş yeri açılacaq

Bütün xəbərlər
Bu gün, 17:12

"Mercedes" parklanmış üç avtomobilə çırpılıb

Bütün xəbərlər
Bu gün, 16:00

Bakı-Sumqayıt yolunda evakuatorun daşıdığı texnika körpüyə ilişdi

Bütün xəbərlər
Bu gün, 15:23

"Nəsimi" parkında "it ovçuları" peyda olub? - FOTO

Bütün xəbərlər
Bu gün, 14:50

Sumqayıtın ən çox şəkil çəkilən yerlərindən biri - Bayraq Meydanı

Bütün xəbərlər
Bu gün, 14:13

Sumqayıtda hava daha da isinəcək

İdman
Bu gün, 13:38

46 yaşlı sumqayıtlı futbolçu meydanlara qayıdır

Bütün xəbərlər
Bu gün, 13:02

Sumqayıtda binanın zirzəmisini kanalizasiya suları basıb

Bütün xəbərlər
Bu gün, 11:52

Sumqayıtda pensiyalar ödənilib

Bütün xəbərlər
Bu gün, 11:48

Sumqayıtda avtobuslar yol kəsişməsini dayanacağa "çevirib"

Bütün xəbərlər
Bu gün, 11:12

Azərbaycanda axtarışda olan 48 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 10:38

"Instagram" və "TikTok"a girişlə bağlı problem aradan qalxıb

Kriminal
Bu gün, 10:20

Novxanıda cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

İdman
Bu gün, 09:47

UEFA reytinqi: Azərbaycan "Sabah"ın qələbəsi sayəsində irəliləyib

Bütün xəbərlər
Bu gün, 09:10

Sumqayıtda uşaq poliklinikasında dava

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 18-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda 300 min doğuşdan birində rast gəlinən hal

Bütün xəbərlər
Dünən, 17:20

Sumqayıtın mərkəzində yaranan "zibil dağı"

Bütün xəbərlər
Dünən, 16:45

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin NƏZƏRİNƏ

İdman
Dünən, 16:09

"Sumqayıt"ı növbəti sınaq gözləyir - GİRİŞ BİLETSİZDİR

Bütün xəbərlər
Dünən, 15:29

Zakir Fərəcov veteran futbolçu ilə görüşüb

Bütün xəbərlər
Dünən, 14:50

Sumqayıtda sakinlər öz həyətlərində yer tapa bilmirlər…

Bütün xəbərlər
Dünən, 14:13

Sumqayıtın hava proqnozu - İSTİ və DUMAN

Oxşar xəbərlər