top
Vətən müharibəsinin 19-cu günü: XRONİKA
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin 19-cu günü: XRONİKA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində oktyabrın 15-də növbəti yaşayış məntəqələri uzun illik işğaldan azad edilib.

Həmin gün Prezident İlham Əliyev "X" (əvvəllər "Twitter") platformasındakı paylaşımında Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının bir sıra yaşayış məntəqələrinin azad olunduğunu elan edib: Arış, Doşulu, Edişə, Düdükçü, Edilli və Çiraquz kəndləri.

Cəbhədə vəziyyət


44 günlük Vətən müharibəsinin 19-cu günü hərbi əməliyyatlar bütün cəbhəboyu davam edib.

Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edib.

Müdafiə Nazirliyinin məlumatına görə, həmin gün Ordumuz düşmənin:

2 ədəd T-72 tankı,

1 ədəd "Tor-M2KM" zenit-raket kompleksi,

4 ədəd BM-21 "Qrad" yaylım atəş sistemi,

1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə pilotsuz uçuş aparatı və avtomobil texnikasını sıradan çıxarıb.

Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal altındakı ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə endirilib.

Prezidentin beynəlxalq müsahibələri

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin NTV telekanalına və Rusiyanın "Ria Novosti" agentliyinə müsahibə verib.

"Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyovla müsahibəsində dövlət başçısı müharibənin gedişi, Ermənistanın təxribatları və beynəlxalq reaksiyalar barədə danışıb.
Tərtərdə qəbiristanlığa hücum

Ermənistan silahlı qüvvələri Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi zamanı mülki əhalini qəsdən ağır artilleriya atəşinə tutub. Hücum nəticəsində 3 nəfər həlak olub, 5 nəfər xəsarət alıb.

Baş Prokurorluğun məlumatına görə, ümumilikdə Ermənistanın mülki əhaliyə qarşı hücumları nəticəsində həlak olanların sayı 46 nəfərə, yaralananların sayı isə 223 nəfərə çatıb.

Birinci vitse-prezidentdən beynəlxalq ictimaiyyətə çağırış


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Ermənistan ordusunun Tərtər qəbiristanlığını atəşə tutması ilə bağlı paylaşım edib. O, dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıb, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bütün xəbərlər
Dünən, 17:57

Azərbaycanda 47 min iş yeri açılacaq

Bütün xəbərlər
Dünən, 17:12

"Mercedes" parklanmış üç avtomobilə çırpılıb

Bütün xəbərlər
Dünən, 16:38

FHN Sumqayıt Regional Mərkəzində "açıq qapı günü" keçirilib

Bütün xəbərlər
Dünən, 16:00

Bakı-Sumqayıt yolunda evakuatorun daşıdığı texnika körpüyə ilişdi

Bütün xəbərlər
Dünən, 15:23

"Nəsimi" parkında "it ovçuları" peyda olub? - FOTO

Bütün xəbərlər
Dünən, 14:50

Sumqayıtın ən çox şəkil çəkilən yerlərindən biri - Bayraq Meydanı

Bütün xəbərlər
Dünən, 14:13

Sumqayıtda hava daha da isinəcək

İdman
Dünən, 13:38

46 yaşlı sumqayıtlı futbolçu meydanlara qayıdır

Bütün xəbərlər
Dünən, 13:02

Sumqayıtda binanın zirzəmisini kanalizasiya suları basıb

Bütün xəbərlər
Dünən, 11:52

Sumqayıtda pensiyalar ödənilib

Bütün xəbərlər
Dünən, 11:48

Sumqayıtda avtobuslar yol kəsişməsini dayanacağa "çevirib"

Bütün xəbərlər
Dünən, 11:12

Azərbaycanda axtarışda olan 48 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 10:38

"Instagram" və "TikTok"a girişlə bağlı problem aradan qalxıb

Kriminal
Dünən, 10:20

Novxanıda cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

İdman
Dünən, 09:47

UEFA reytinqi: Azərbaycan "Sabah"ın qələbəsi sayəsində irəliləyib

Bütün xəbərlər
Dünən, 09:10

Sumqayıtda uşaq poliklinikasında dava

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 18-ci günü – XRONİKA

Bütün xəbərlər
13 oktyabr 2026, 18:00

Sumqayıtda 300 min doğuşdan birində rast gəlinən hal

Bütün xəbərlər
13 oktyabr 2026, 17:20

Sumqayıtın mərkəzində yaranan "zibil dağı"

Bütün xəbərlər
13 oktyabr 2026, 16:45

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin NƏZƏRİNƏ

İdman
13 oktyabr 2026, 16:09

"Sumqayıt"ı növbəti sınaq gözləyir - GİRİŞ BİLETSİZDİR

Bütün xəbərlər
13 oktyabr 2026, 15:29

Zakir Fərəcov veteran futbolçu ilə görüşüb

Oxşar xəbərlər