Saray qəsəbəsində yerləşən obyektdə nöqsanlar aşkarlanıb. Sumqayıt24 bu barədə 17 sentyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Agentliyin əməkdaşları tərəfindən monitorinqlər keçirilib. Nəticədə “Araz Saray” marketində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi müəyyən edilib. Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.