“ASAN Könüllüləri” Türkiyədə “Sıfır Atık”ın təcrübəsini öyrənirlər. Bu haqda bu gün, 24 fevral tarixində Facebook sosial şəbəkəsində məlumat yayılıb.
Təşkilatın nümayəndələri “Təmiz Sumqayıt” ekoloji pilot layihəsi çərçivəsində Ankara şəhərinə səfər ediblər. Məqsəd - Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin nəzdində fəaliyyət göstərən “Sıfır Atık” tullantıların idarə olunması proqramını mənimsəməkdir.
Burada, “Sıfır Atık”ın rəhbərliyi ilə görüş keçirilib. Daha sonra isə “Təmiz Sumqayıt” pilot layihəsi üzrə fikir mübadiləsi aparılıb.