Sumqayıtda "Media nədir? və “Cəmiyyətin formalaşmasında medianın rolu" mövzusunda görüş keçirilib. Sumqayıt24 bu haqda 6 avqust tarixində xəbər verir.
Tədbirdə 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin könüllüləri və Azərbaycan Televiziyasının redaktoru, "Sözümüz imzamızdır" verilişinin aparıcısı Vüsal Mətləb iştirak ediblər. Aralarında medianın əhəmiyyəti və cəmiyyətə təsiri barədə maraqlı müzakirələr aparılıb.