Sumqayıtda "Bilik" dəyərlərinin təbliği çərçivəsində maarifləndirici tədbir keçirilib. Bu barədə 10 sentyabr tarixində “ASAN Könüllüləri”nə istinadən xəbər veririk.
Görüş 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin könüllülərinin təşəbbüsü ilə həyata keçirilib. Tədbirdə Karyera və İşə Hazırlıq Mərkəzinin təsisçisi və direktoru Şahin Sərdarlı iştirak edib.