Pilot layihə kimi ilk dəfə Sumqayıtda istifadəyə verilən sistem ən yaxşılardan seçilib. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyəti xəbər yayıb.
Belə ki, “ASAN müraciət” informasiya sistemi BMT-nin Dövlət Xidmətlərində İnnovasiyalar üzrə Cənub-Cənub Şəbəkəsi (SS4NPSI) tərəfindən ən yaxşı 15 rəqəmsal həll siyahısına daxil edilib.
Bu nəşrdə dünya üzrə ən innovativ rəqəmsal həllər seçilərək uğurlu təcrübələr kimi digər ölkələrdə tətbiqinə dair tövsiyələr verilib.