Sumqayıtda havanın monitorinqi aparılıb. Sumqayıt24 bu haqda 12 aprel tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən xəbər verir.
Atmosfer havasının keyfiyyətinin yoxlamaları fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilib. Nəticələrin təhlilinə əsasən, gün ərzində Sumqayıtda azot-4 oksidin miqdarı normadan 1.2 dəfə yüksək olub.