Sumqayıtda ahıl kişi qəza zamanı ölüb. Sumqayıt24 bu haqda 2 may tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə 17-ci mikrorayon ərazisində qeydə alınıb. Aydın Mirzəzadə idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən 73 yaşlı Eldar Məmmədzadəni vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.
Faktla bağlı cinayət işi başlayıb.