Sumqayıt Dövlət Universitetində (SDU) kadr dəyişikliyi baş tutub.
Sumqayit24.az xəbər verir ki, tədqiqatçı və jurnalist Aytən Rəhimli təhsil ocağının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o, uzun illər media sahəsində fəaliyyət göstərib. A.Rəhimli Yeni Azərbaycan qəzetində və Yeni Azərbaycan internet televiziyasında çalışıb. Jurnalistika fəaliyyəti ilə yanaşı, elmi istiqamətdə də işləyib. O, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərərək elmi-tədqiqat işləri ilə məşğul olub.