top
Azərbaycanda dərs saatları DƏYİŞDİRİLƏCƏK?
07 sentyabr 2025, 22:26
- +

Azərbaycanda dərs saatları DƏYİŞDİRİLƏCƏK?

Son dövrlərdə Avropada məktəblərdə dərs saatlarının səhər 8-də yox, 10-da başlaması ciddi müzakirə olunur. Buna səbəb kimi bildirilir ki, böyüməkdə olan uşaqların bioloji ritmi onları səhərlər erkən oyanmağa imkan vermir, bu isə diqqət dağınıqlığına, yorğunluğa və tədris nəticələrinin zəifləməsinə səbəb olur.

Hər səhər anasının əlindən tutub yuxulu-yuxulu ayaqlarını sürüyən, başını partaya qoyub yatan uşaqları dəfələrlə müşahidə etmişik.

Ölkələr ayrı olsa da, problem eyni olduğu üçün bənzər dəyişiklik Azərbaycanda da ola bilərmi?

Psixoloq Elşad Məmmədov Bizim.Media-ya açıqlamasında təsdiqlədi ki, uşaq orqanizmi yuxuya meyillidir, çünki böyüməkdə olan vücud yuxuya ehtiyac duyur:

“Həm də uşaqlar hiperaktiv olduqları üçün daha tez yorulurlar. Nəticədə səhər erkən dərsə başlamaq onların stress səviyyəsini artırır və öyrənmə qabiliyyətini zəiflədir. Uşaqların yuxu rejimini nəzərə alan tədris qrafiki onların həm psixoloji, həm də fiziki sağlamlığı üçün vacibdir.”

Təhsil eksperti Günay Əliyeva isə bildirdi ki, Azərbaycanda dərs saatlarının 10-da başlaması praktik olaraq çətin görünür.

“Valideynlərin iş qrafikini nəzərə aldıqda, dərs başlanğıcını belə gecikdirmək mümkün deyil. Avropada özəl məktəblərlə yanaşı dövlət məktəblərinin də xüsusi avtobusları olur. Ana uşağı hazırlayıb qapının önündən yola salır. Bizdə isə analar yollarda qalıb, işləyən qadınlar üçün dərslərin gec başlaması əlavə problemdir. Bəlkə də yarım saat fərqlə gec başlamaq olar, amma bu qədər gec saatlarda dərsə başlamaq, növbəli dərs sistemi üçün də ağlabatan deyil”.

Ekspert əlavə etdi ki, bunun ən yaxşı yolu uşaqların yuxu rejiminin tənzimlənməsi ilə bağlı maarifləndirmə kampaniyaları, valideyn və müəllimlərin məlumatlandırılması vacibdir. Belə yanaşma həm tədris keyfiyyətini, həm də uşaqların sağlamlığını qorumağa xidmət edə bilər.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:30

Xalq artisti: "Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib"

Bütün xəbərlər
Dünən, 18:03

Sumqayıt Dəmiryol Vağzalında "Kitab Dayanacağı" istifadəyə verildi - FOTOLAR

Bütün xəbərlər
Dünən, 17:36

Sülh prospektində qəza - 5 maşın toqquşdu - VİDEO

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda qəza - piyada qadının vəziyyəti orta-ağırdır - VİDEO

Bütün xəbərlər
Dünən, 16:50

Ceyranbatanda ağaclar yola aşdı, hərəkət çətinləşdi

Bütün xəbərlər
Dünən, 16:25

SDU-ya yeni qəbul olunanların nəzərinə - Tanışlıq günləri keçiriləcək

Bütün xəbərlər
Dünən, 15:23

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda qəza - maşın işıq dirəyini aşırdı - VİDEO

Bütün xəbərlər
Dünən, 14:44

Sumqayıtda dəniz sahilində qadın meyiti tapıldı - VİDEO

Bütün xəbərlər
Dünən, 14:21

Sumqayıta sabah yağış yağacaq?

Bütün xəbərlər
Dünən, 13:40

Nazirdən Sumqayıtla bağlı diqqətçəkən açıqlama

İdman
Dünən, 13:15

"Sumqayıt" 700 manat cərimələndi - SƏBƏB

Bütün xəbərlər
Dünən, 12:50

Sumqayıtda daha iki məktəbdə peşə təhsili imkanı yaradılır

Bütün xəbərlər
Dünən, 12:14

Sumqayıtda 21 yaşlı qızın meyiti evində tapıldı

Bütün xəbərlər
Dünən, 11:20

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Bütün xəbərlər
Dünən, 11:00

"Sanki həyat dayanıb": Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:17

Relslərin üzərinə məhəccər düşdü, Bakı–Sumqayıt qatarının hərəkəti gecikdi

Bütün xəbərlər
Dünən, 09:26

Sarayda kommunal qəza

Bütün xəbərlər
07 sentyabr 2026, 18:20

Sumqayıtda piyada keçidi görünməz hala düşüb

Bütün xəbərlər
07 sentyabr 2026, 18:00

Sumqayıtda ağac peşə liseyinin üzərinə aşıb

Bütün xəbərlər
07 sentyabr 2026, 17:35

Novxanıda qaz hesabında müəmmalı borc: 1306 manat silinəcək

Bütün xəbərlər
07 sentyabr 2026, 17:00

Sumqayıtda yollar sakinlər üçün "sınaq meydanı"na çevrilib

Bütün xəbərlər
07 sentyabr 2026, 16:30

Sumqayıtda torpaq icarəyə götürmək istəyənlərin nəzərinə

Bütün xəbərlər
07 sentyabr 2026, 15:48

"Sumqayıt Toxucu-Tikiş" MMC 60 min manat CƏRİMƏLƏNDİ

Oxşar xəbərlər