Sumqayıt Dəmiryol Vağzalında "Kitab Dayanacağı" fəaliyyətə başlayıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Qeyd olunub ki, sərnişinlərin gözləmə və səfər vaxtını daha maraqlı və faydalı keçirməsinə xidmət edən "Kitab Dayanacağı" Bakı və Gəncədən sonra Sumqayıt Dəmiryol Vağzalında da istifadəyə verilib.
Yeni məkan sərnişinlərə səfər zamanı müxtəlif kitablar arasından seçim edərək mütaliə etmək imkanı yaradır.
ADY sərnişinləri Sumqayıt Dəmiryol Vağzalında "Kitab Dayanacağı"na baş çəkməyə dəvət edib.