Sumqayıt şəhərində küçələrdən birində yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayit24.az-a daxil olan məlumata görə, hadisə səhər saatlarında Sülh küçəsində qeydə alınıb.
İddiaya görə, nəqliyyat vasitəsi piyadanı vurub. Nəticədə piyada müxtəlif dərəcəli xəsarətlər alıb.
Sumqayit24.az-a TƏBİB-dən bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü şəxs (qadın) 08.09.2026-cı il tarixində saat 08:50 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
"Kəllə-beyin travması, döş qəfəsinin küt travması və sol qamış sümüyünün yerdəyişən sınığı diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir", - deyə şəxsin vəziyyəti qeyd olunub.