top
Azərbaycanda xəyanətkarlar CƏRİMƏLƏNƏCƏK?
25 avqust 2025, 22:47
- +

Azərbaycanda xəyanətkarlar CƏRİMƏLƏNƏCƏK?

Rusiyada xəyanət edənlərə cərimə tətbiq etmək istəyirlər. Bu təkliflə rəsmi şəxslər çıxış ediblər.

Belə ki, evlilikdə sədaqətsizlik edənlər 15–20 min rubl cərimələnəcək. Ailədə uşaqlar varsa, cərimələr daha da ağırlaşır. Ailə və Evliliyin Dəstəklənməsi Fondunun rəhbəri Vitali Borodin istəyir ki, xəyanət edənlər hər bir tərk edilmiş uşaq üçün 50 min rubl ödəsin. Onun sözlərinə görə, oxşar qanunlar artıq BƏƏ və Avropa ölkələrində mövcuddur.

Bəs belə cərimələr nə qədər effektivdir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin deputatı Günay Ağamalı deyir ki, cəmiyyətimizin əsas dayaqlarından biri sağlam ailə institutudur:

“Ailə dəyərlərinin qorunması, həyat yoldaşları arasında qarşılıqlı sayğı və məsuliyyət hissinin gücləndirilməsi sosial sabitlik baxımından mühüm amildir. Təəssüf ki, bəzi hallarda ailədaxili xəyanətlər ailələrin dağılmasına, uşaqların psixoloji sarsıntılar yaşamasına və bütövlükdə cəmiyyətə mənfi təsirlərin artmasına səbəb olur.

Bəzi ölkələrdə xəyanət edən şəxslərə qarşı cərimələrin tətbiq edilməsi mexanizmləri mövcuddur. Bu cür yanaşmaların ölkəmizdə tətbiqi çox ciddi müzakirə tələb edir”.

Müsahib hesab edir ki, əsas məqsəd ailələri qorumaqdır:

“Bunun üçün də ilk növbədə maarifləndirmə işinin və ailə dəyərlərinin gücləndirilməsinə çalışmaq, eyni zamanda cəmiyyətin sağlam düşüncəyə sahiblənməsinə nail olmaq lazımdır. Azərbaycan dövləti ailə institutunun möhkəmlənməsi üçün daim genişmiqyaslı layihələr həyata keçirir, hüquqi bazanı gücləndirir və maarifləndirici tədbirlərə xüsusi diqqət ayırır.

Konstitusiyamızın 17 - ci maddəsində ailənin cəmiyyətin əsas özəyi kimi qiymətləndirilməlisi də bu istiqamətdə olan mövcud yanaşmanın təzahürüdür.

Hesab edirəm ki, ən böyük cərimə insanın öz vicdanı qarşısında yaşadığı mənəvi məsuliyyətdir. Ailə dəyərlərinin və qarşılıqlı sədaqətin hər iki tərəfdən qorunması, qarşılıqlı hörmət və səmimiyyətin gücləndirilməsi xəyanət hallarının qarşısını almaqda səmərəli nəticə verə bilər”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:52

Sumqayıt Tibb Mərkəzində direktor müavini işdən çıxarıldı

Bütün xəbərlər
Bu gün, 09:22

Sumqayıta yağış yağdı - "DƏRD GƏLDİ"

Bütün xəbərlər
Dünən, 18:30

Xalq artisti: "Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib"

Bütün xəbərlər
Dünən, 18:03

Sumqayıt Dəmiryol Vağzalında "Kitab Dayanacağı" istifadəyə verildi - FOTOLAR

Bütün xəbərlər
Dünən, 17:36

Sülh prospektində qəza - 5 maşın toqquşdu - VİDEO

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda qəza - piyada qadının vəziyyəti orta-ağırdır - VİDEO

Bütün xəbərlər
Dünən, 16:50

Ceyranbatanda ağaclar yola aşdı, hərəkət çətinləşdi

Bütün xəbərlər
Dünən, 16:25

SDU-ya yeni qəbul olunanların nəzərinə - Tanışlıq günləri keçiriləcək

Bütün xəbərlər
Dünən, 15:23

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda qəza - maşın işıq dirəyini aşırdı - VİDEO

Bütün xəbərlər
Dünən, 14:44

Sumqayıtda dəniz sahilində qadın meyiti tapıldı - VİDEO

Bütün xəbərlər
Dünən, 14:21

Sumqayıta sabah yağış yağacaq?

Bütün xəbərlər
Dünən, 13:40

Nazirdən Sumqayıtla bağlı diqqətçəkən açıqlama

İdman
Dünən, 13:15

"Sumqayıt" 700 manat cərimələndi - SƏBƏB

Bütün xəbərlər
Dünən, 12:50

Sumqayıtda daha iki məktəbdə peşə təhsili imkanı yaradılır

Bütün xəbərlər
Dünən, 12:14

Sumqayıtda 21 yaşlı qızın meyiti evində tapıldı

Bütün xəbərlər
Dünən, 11:20

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Bütün xəbərlər
Dünən, 11:00

"Sanki həyat dayanıb": Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:17

Relslərin üzərinə məhəccər düşdü, Bakı–Sumqayıt qatarının hərəkəti gecikdi

Bütün xəbərlər
Dünən, 09:26

Sarayda kommunal qəza

Bütün xəbərlər
07 sentyabr 2026, 18:20

Sumqayıtda piyada keçidi görünməz hala düşüb

Bütün xəbərlər
07 sentyabr 2026, 18:00

Sumqayıtda ağac peşə liseyinin üzərinə aşıb

Bütün xəbərlər
07 sentyabr 2026, 17:35

Novxanıda qaz hesabında müəmmalı borc: 1306 manat silinəcək

Bütün xəbərlər
07 sentyabr 2026, 17:00

Sumqayıtda yollar sakinlər üçün "sınaq meydanı"na çevrilib

Oxşar xəbərlər