top
Azərbaycanın 100-ə yaxın uroloq və androloqu Sumqayıtda görüşüb
01 may 2023, 06:09
- ↺ +

Azərbaycanın 100-ə yaxın uroloq və androloqu Sumqayıtda görüşüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda uroloq və androloqların toplantısı keçirilib. Sumqayıt24 bu haqda 1 may tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.

İclas ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub və Səhiyyə Nazirliyi, TƏBİB, Azərbaycan Urologiya Assosiasiyası (AUA),  Andrologiya və Reproduktiv Təbabət Assosiasiyası (ARTA) və Sumqayıt Tibb Mərkəzi (STM) tərəfindən təşkil olunub.

Burada “Sidik daşı xəstəliyi” mövzusunda konfrans baş tutub. Müxtəlif tibb müəssisələrində çalışan 100-ə yaxın uroloq, androloq ginekoloqlar və digər ixstisas sahiblərinin qatıldığı konfransda çıxış edən "Şöhrət" ordeni laureat, Azərbaycan Tibb Universitetinin Urоlоgiyа kаfedrаsının müdiri, AMEA-nın müxbir üzvü Südeyif İmamverdiyev ulu öndərin Azərbaycanın inkişafındakı xidmətlərindən danışıb.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Urologiya kafedrasının professoru, ARTA-nın sədri İlham Əhmədov iştirakçılara müzakirə olunacaq məsələləri açıqlayıb.

TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin rəhbəri Teymur Mirzəbəyli çalışdığı qurumun xəstəliklərlə mübarizədə əldə etdiyi nailiyyətlərdən söz açıb.

Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova isə rəhbərlik etdiyi qurumun fəaliyyətini diqqətə çatdırıb.

Sonra konfrans iştirakçıları Heydər Əliyevin həyat yolundan bəhs edən videoçarxı izləyiblər.

Akademik M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının həkim-uroloqu Elçin Mustafayev “Perkutan cərrahiyyədə təcrübəm”, uroloq-androloq Mansur Xəlilov “İntrarenal cərrahiyyə nə qədər üstündür?”, Kliniki Tibbi Mərkəzin Urologiya şöbəsinin müdiri, həkim-uroloq Araz İbrahimov “Mərhələ-mərhələ URS”, uroloq-androloq Niyammədin Əliyev “Anomalik böyrəklərdə perkutan nefrolitotomiya” mövzularında təqdimatlarla çıxış ediblər.

Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi, həkim-uroloq Mətləb Musayev isə Sumqayıtda uroloji xidmətin vəziyyətinə toxunub. Rəhbərlik etdiyi xəstəxananın urologiya şöbəsində həyata keçirilən əməliyyatlardan, gələcək perspektivlərdən geniş danışıb.

Akademik M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın Uşaq urologiyası şöbəsinin müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru Rafael Soltanov “Uşaqlarda daş xəstəliklərinin müalicəsinə endoskopik yanaşma”dan, ATU-nun II mamalıq-ginekologiya kafedrasının dosenti, cərrah mama-ginekoloq Şəymən Qədimova isə “Hamilə qadınlarda daş xəstəliyi”ndən bəhs edib. .

Sonda bir çox konfrans iştirakçılarına fəxri fərmanlar verilib.

Son xəbərlər

İdman
Bu gün, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Bu gün, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Bu gün, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Bu gün, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Bu gün, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Bu gün, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Bu gün, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
Dünən, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Bütün xəbərlər
07 noyabr 2026, 14:18

Novxanı yolunda qəza - maşın aşdı

Bütün xəbərlər
07 noyabr 2026, 13:18

Sumqayıtda vəfat edən kişilərin sayı qadınlardan çoxdur

Bütün xəbərlər
07 noyabr 2026, 12:18

Sumqayıtda təhlükə saçan ağaclarla bağlı tədbir görüldü

Bütün xəbərlər
07 noyabr 2026, 11:18

Sumqayıt yarım milyon manata təmizlənəcək

Bütün xəbərlər
07 noyabr 2026, 10:18

Bu şirkət 540 min manata Sumqayıtın "zibilxana"larını abadlaşdıracaq

Bütün xəbərlər
07 noyabr 2026, 09:18

Sürücülərin "kabus"una çevrilən Sumqayıt yolları

Oxşar xəbərlər