SOCAR “Azərikimya” İB-də qanvermə aksiyası baş tutub. Bu barədə 16 sentyabr tarixində İB-nin mətbuat şöbəsinə istinadən xəbər veririk.
Aksiya “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində keçirilib. 9 nəfərlik xüsusi tibb briqadası tərəfindən aparılan aksiyada öncə birliyin idarəetmə aparatının əməkdaşlarından, ardınca isə "Etilen-polietilen" zavodunun və Təmir-tikinti İdarəsinin könüllü müraciət etmiş işçilərindən qan götürülüb.
Müayinə edildikdən və yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanıldıqdan sonra ümumilikdə 100 nəfərdən artıq kimyaçıdan qan götürülüb.