Azərbaycanda əhalinin gəlirləri artıb.
Sumqayit24.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 10.3% artaraq 47 milyard 309 milyon manata çatıb.
Məlumata əsasən, hər nəfərə düşən ortaaylıq gəlir 767.9 manat olub. Əhalinin sərəncamında qalan gəlirləri isə 41 milyard 768.2 milyon manat təşkil edib.