Sumqayıt Kimya Sənaye Parkı ərazisində yerləşən “Azertexnolayn” MMC-də yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri baş tutub. Bu haqda Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilən təlimdə müəssisənin personalı iştirak edib. Tədbirdə ilkin yanğınsöndürmə vasitələrinin təsnifatı və tətbiq olunma qaydası haqqında söhbət aparılıb, həmçinin odsöndürən balonlardan istifadə qaydası əyani şəkildə nümayiş etdirilib. Sonda iştirakçıların sualları cavablandırılıb.