Sumqayıtda könüllü qanvermə aksiyası keçirilib. Bu haqda bu gün, 18 fevral tarixində Qaz İstismar Sahəsinin Facebook səhifəsində məlumat verilib.
Azyaşlı uşaqlara yardım məqsədi daşıyan, minlərlə insanın həyatını xilas edə biləcək aksiya adıçəkilən qurumun inzibati binasında təşkil olunub. Qaz İstismar Sahəsinin əməkdaşları burada fəal iştirak ediblər.
Qeyd edək ki, toplanan qan ehtiyatı talassemiyalı və hemofiliyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsi üçün istifadə olunacaq.