Sumqayıtda vətəndaş mənzildə köməksiz vəziyyətdə qalıb. Bu haqda 24 aprel tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in "112" qaynar xəttinə 1 nəfərin bağlı qapı arxasında qalması barədə məlumat daxil olub. Çağırış üzrə xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.