Bakı-Sumqayıt yolunda qəza baş verib. Bu barədə bu gün, 16 oktyabr tarixində APA məlumat yayıb.
Məlumata əsasən, "İsuzu" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək yolun kənarında olan işıq dirəyinə çırpılıb. Hazırda olan məlumata görə, sürücü xəsarət alıb.
Hadisə yerində polis əməkdaşları çalışır. Faktla bağlı araşdırma aparılır.