Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində ustad dərsləri keçirilib. Bu haqda 5 aprel tarixində Sumqayıt24 məktəbə istinadən xəbər verir.
Ustad dərsləri fortepiano, simli və nəfəsli alətlər, musiqi nəzəriyyəsi, xor dirijorluğu ixtisasları üzrə aparılıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti tərəfindən keçirilən master-klaslarda sözügedən tədris ocağının müəllim və şagirdləri iştirak ediblər.