Sumqayıtda köməkçi tikilidə yanğın baş verib. Bu haqda 13 fevral tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə Bakı-Quba yolunun 48-ci kilometrliyində qeydə alınıb. 15 kv.m-lik tikilinin yanar konstruksiyaları yanıb. Yanğından mühafizə bölmələri tərəfindən ətraf ərazi mühafizə olunub. Alov söndürülüb.