top
Bakı-Sumqayıt qatar reyslərinin sayı artırılacaq? – Rəsmi AÇIQLAMA
04 sentyabr 2025, 05:48
- +

Bakı-Sumqayıt qatar reyslərinin sayı artırılacaq? – Rəsmi AÇIQLAMA

Ekspertlər hesab edirlər ki, yolların genişləndirilməsi tıxac problemini köklü şəkildə həll etmir.

Əsas diqqət ictimai nəqliyyatın inkişafına yönəldilməlidir. Bu baxımdan ən çox yüklənən yollardan birinin alternativ nəqliyyatı sayılan Bakı-Sumqayıt istiqamətində qatarların sayının artırılması xüsusi əhəmiyyət daşıyır.

Bəs, qatarların sayı arıtırlacaq?

“Azərbaycan Dəmir Yolları” QSC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sərnişin sıxlığının azaldılması üçün bu il 1 aprel tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qrafik optimallaşdırılıb. Nəticədə iş günlərində reyslərin sayı 66-dan 92-yə çatdırılıb:

“Xüsusilə Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqamətində reyslərin sayı 24-dən 36-ya, Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə isə 42-dən 56-ya qədər artırılıb. Bununla da günorta saatlarında qatarlararası interval azaldılıb”.

QSC-dən əlavə edilib ki, hazırda Bakı-Keşlə sahəsində aparılan əsaslı təmir işlərinə görə bəzi reyslərin sayında müvəqqəti azalma müşahidə olunur:

“Lakin yeni tədris mövsümü ilə əlaqədar sərnişin tələbatını nəzərə alaraq qatarlar yeni qrafiklə hərəkət edəcək. Bu barədə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - deyə bildirilib.

Son xəbərlər

Cəmiyyət
Dünən, 18:51

Sumqayıtda hava dəyişir: Yağış yağacaq

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtlılara ŞAD XƏBƏR

Cəmiyyət
Dünən, 17:48

Sumqayıtda uşaqları xilas edən qadın danışdı

Bütün xəbərlər
Dünən, 17:30

FHN kurslar keçirib

Bütün xəbərlər
Dünən, 17:18

Sumqayıtda güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 16:46

Uşaq qurumların səhlənkarlığının qurbanı olacaqdı…

Cəmiyyət
Dünən, 16:09

Sumqayıtda açarları təhvil verməyən şirkətdən münasibət

Bütün xəbərlər
Dünən, 16:04

Sumqayıtda aşan ağacların yerinə 10 FİDAN ƏKİLDİ

Bütün xəbərlər
Dünən, 14:57

Sumqayıtda yeniyetmə 3-cü mərtəbədən YIXILDI

Cəmiyyət
Dünən, 14:54

Sumqayıt teatrında çalışmış məşhur rejissorun anım günüdür

Cəmiyyət
Dünən, 14:26

Sumqayıtda dəm qazından zəhərlənənlərin vəziyyəti açıqlandı

Bütün xəbərlər
Dünən, 14:12

Sumqayıt yolundakı tıxac BU SƏBƏBDƏN İMİŞ

Cəmiyyət
Dünən, 13:30

Sumqayıtda çökən yol unudulub? - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 12:15

Dumanlı hava nə vaxta qədər davam edəcək?

Bütün xəbərlər
Dünən, 11:59

Bakı-Sumqayıt yolu "dayanıb"

Cəmiyyət
Dünən, 11:30

Sumqayıtda polis polkovnikinin ölümünə səbəb olan şəxs qərardan narazıdır

Bütün xəbərlər
Dünən, 10:49

Sumqayıtda aprel döyüşləri ilə bağlı tədbir keçirilib

Bütün xəbərlər
Dünən, 10:04

"Əyri dom"da ağac qətliamı ilə bağlı RƏSMİ AÇIQLAMA

Cəmiyyət
Dünən, 09:23

Sumqayıtda dözülməz şərait - Sakinlər təhlükə içində yaşayır

Cəmiyyət
Dünən, 00:01

Aprel döyüşlərindən 10 il ötür

Cəmiyyət
01 aprel 2026, 18:37

Sumqayıtda eyni yolda təkrar çöküş

Bütün xəbərlər
01 aprel 2026, 17:38

Bəzi yollarda duman olacaq

Cəmiyyət
01 aprel 2026, 17:25

Sumqayıtda sabah hava dumanlı olacaq

İdman
01 aprel 2026, 16:44

Vaqif Cavadova vəzifə verildi

Oxşar xəbərlər