Bakı-Sumqayıt qatarında şərnişinin halı pisləşib. Sumqayıt24 bu haqda 12 sentyabr tarixində Report-a istinadən xəbər verir.
Sərnişin qatarında sıxlıq olduğundan qadın özünü pis hiss edib. O, polis əməkdaşına ürəyində problem olduğunu və qatardakı sıxlığın ona pis təsir etdiyini bildirib. Əməkdaşın köməkliyi ilə qadın digər vaqona aparılıb. Qatar növbətçisi xanıma ilkin tibbi yardım göstərib.
Daha sonra polis əməkdaşları Bakı Dəmir Yolu vağzalına təcili yardım çağırıblar.