Polis əməkdaşları Bakı-Sumqayıt qatarında reydlər keçirir. Bu haqda İctimaiTV-yə istinadən xəbər veririk.
Reydlər pandemiya qaydalarına riayət etməyən, qatarlardan tibbi-qoruyucu maskasız istifadə edən şəxslərə qarşı təşkil olunur. Yoxlamalar həm Dəmiryol vağzalında, həm də sürət qatarı hərəkətdə olarkən aparılır.
Yoxlama zamanı məlum olub ki, sərnişinlərin əksəriyyəti qaydalara riayət edərək maskalardan istifadə edir. Qaydalara uymayan şəxslərlə profilaktik söhbətlər aparılır və onlara qarşı müvafiq tədbirlər görülür.